Paris-2024: Azərbaycan idmançısı final mərhələsinə vəsiqə qazanıb

15:14 04.08.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanı Paris-2024-də çəkicatma yarışında təmsil edən Anna Skidan final mərhələsinə yüksəlib.

Hafta.az xəbər verir ki, o, təsnifat mərhələsində ilk iki cəhdində 69,58 və 69,04 metr nəticə ilə yadda qalıb.

Skidan 3-cü cəhdində daha uğurlu çıxış edərək 72,55 metr göstəriciyə nail olub.

Bu nəticə ilə Anna A və B qruplarının yekununda 32 atlet arasında 6-cı yeri tutaraq  final mərhələsinə vəsiqə qazanıb. 

Qeyd edək ki, qadınların çəkicatma yarışlarında qaliblər avqustun 6-da müəyyənləşəcək.