“Paris-2024”: Azərbaycanın basketbol millisi Çini məğlub edib

21:00 02.08.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi “Paris-2024” Yay Olimpiya Oyunlarında növbəti oyununu keçirib.

Hafta.az xəbər verir ki, milli komanda bu dəfə Çin ilə üz-üzə gəlib.

Qarşılaşma qızlarımızın 21:19 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, ABŞ-a qalib gələrək tarixi uğura imza atmış Azərbaycan yığması daha əvvəl Fransa, İspaniya, Almaniya və Avstraliyaya məğlub olub.