“Paris-2024”: Azərbaycanın batut gimnastı çıxışını başa vurub

15:56 02.08.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Batut gimnastikası üzrə Azərbaycan millisinin üzvü Selcan Mahsudova “Paris-2024” Yay Olimpiya Oyunlarında ikinci cəhdini yerinə yetirib.

Hafta.az xəbər verir ki, mübarizəyə təsnifat mərhələsindən başlayan idmançı hakimlərdən 53,750 xal alıb.

O, yekun nəticələrə əsasən on altı gimnast arasında onuncu pillədə qərarlaşıb. İlk “səkkizlik”də yer ala bilməyən S.Mahsudova çıxışını başa vurub.