Paris-2024: Lunyov 18-ci yeri tutdu

18:13 04.08.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan atıcısı Ruslan Lunyov  25 metr məsafədən atəşaçmada yarışında Paris Olimpiadasında iştirak edib.

Hafta.az xəbər verir ki, o, ilk mərhələdə 300 mümkün xaldan 289-nu toplayıb.

İdmançımız ikinci mərhələdə 291 xal yığıb. İki mərhələnin yekunlarına görə ümumilikdə 580 xal toplayan atıcımız 29 iştirakçı arasında 18-ci olub və finala vəsiqə qazana bilməyib.

Qeyd edək ki, R.Lunyov Paris-2024-də daha əvvəl pnevmatik tapançadan 10 metr məsafəyə atəşaçma yarışlarında 571 xal toplayaraq 33 iştirakçı arasında 24-cü olmuşdu.