Paris Olimpiadasına ən çox idmançı göndərən ölkələr

09:28 01.08.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Fransanın paytaxtında artıq bir neçə gündür ki, davam edən Paris Olimpiadasında dünyanın hər yerindən minlərlə idmançı öz qüvvəsini sınamaqdadır.

Hafta.az-ın yazdığına görə, “The World Ranking” beynəlxalq miqyasda marağı nəzərə alaraq və hansı ölkənin Parisə neçə idmançı göndərməsinə dair sualları cavablandırmaq məqsədilə bilməyənlər üçün olimpiadada iştirak edən idmançı heyətlərlə bağlı siyahı dərc edib.

Maraqlı olar deyə həmin siyahıdan olimpiadada iştirak edən idmançılarının sayı 100-dən çox olan ölkələrin siyahısını təqdim ediirk:  

Paris Olimpiadasında ABŞ 592, Fransa 573, Avstraliya 460, Almaniya 428, İtaliya 403, Yaponiya 393, Çin 388, İspaniya 382, Böyük Britaniya 327, Kanada 315, Braziliya 276, Niderland 258, Polşa 213, Yeni Zelandiya 193, Macarıstan 170, Belçika 166, Misir 147, CAR 149, Cənubi Koreya 141, Ukrayna 140, İrlandiya 133, İsveçrə 127, İsveç 117, Hindistan 117 iştirakçı, Çexiya 113, Serbiya 112, Rumıniya 107, Meksika 107, Norveç 107, Türkiyə 102 və Yunanıstan 101 idmançı ilə təmsil olunur.

Olimpiadada Azərbaycan 47 idmançı ilə mübarizə aparır.