Yazını böyüt
Yazını kiçilt
Saatlıda müəyyən edilməyən yerlərdə nəqliyyat vasitələrini saxlayan, həmçinin avtobus dayanacaqlarını və piyada səkilərini zəbt edən sürücülərlə maarifləndirici söhbətlər aparılıb, onlara parklanma qaydaları barədə geniş məlumatlar verilib.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan hafta.az-a verilən məlumata görə, həmçinin yol polisi əməkdaşları təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülərlə və piyada keçidlərindən düzgün istifadə etməyən vətəndaşlarla da profilaktiki söhbətlər apararaq, onlara qaydalara ciddi riayət etmələrinin vacibliyini çatdırıblar.