Paşinyan Qarabağ planı - RUSİYAYA BİRLƏŞDİRİLİR, YA DA...

14:23 27.05.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Hazırda Ermənistanda ən çox müzakirə edilən məsələ Qarabağın Azərbaycanın tərkib hissəsi olaraq tanınmasından sonra Paşinyanın atacağı addımlardır.

Ermənistanın baş naziri Nikol Paşinyan “Mülki müqavilə” partiyasından olan həmkarlarına Azərbaycanla sülhün imzalanmasından sonra Qarabağın gələcəyini necə gördüyünü deyib.

“Hraparak” qəzeti fraksiyadakı mənbələrə istinadən Ermənistanın baş naziri ilə partiya yoldaşlarının söhbəti barədə yazır.

Nəşr Ermənistanın baş nazirinin sözlərindən sitat gətirib: “Azərbaycan daxilində yüksək muxtariyyət. Bu o deməkdir ki, Qarabağ Bakı üçün təhlükə yaratmamaq üçün kifayət qədər dövlət səlahiyyətlərinə malik olacaq, yəni onun ordusu olmamalıdır”.

“Əgər Azərbaycan Qarabağ xalqının hüquqlarına məhəl qoymasa və təhlükəsizliyi təmin etməsə, Paşinyan hesab edir ki, Qarabağ Rusiyaya qoşulduğunu elan edə biləcək. Ən pis halda isə Qarabağ ermənilərinin başı üzərində təhlükə yaranarsa,... o zaman Ermənistan hakimiyyəti onların Ermənistana köçürülməsini təmin edəcək”, - nəşr yazır.

Siyasət rubrikasından digər xəbərlər