Paşinyanın bu açıqlaması hiyləgər bir təklifdir – Açıqlama

18:21 18.11.2022 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Paşinyanın bu açıqlaması hiyləgər bir təklifdir.”

Bunu hafta.az-a siyasi şərhçi Azər Hüseynov Paşinyanın “çərçivə sazişi” ilə bağlı təklifinə münasibətində bildirib.

Onun sözlərinə görə, Paşinyanın təklifi Ermənistan-Azərbaycan sərhəddinin hərbsizləşdirilməsi və qarşılıqlı qoşunların çıxarılmasını nəzərdə tutur. Bu isə o deməkdir ki, Azərbaycan öz sərhədlərini mühafizəsiz qoymalıdır.

“Təbii ki,  bu mümkün olan bir məsələ deyil. Çünki danışıqlarda qarşı tərəf olaraq Ermənistan heç vaxt öz öhdəliklərinə riayət etməyib. Və Ermənistan bu çərçivə ilə zaman-zaman təxribatların qarşısını alan Azərbaycan amilini sərhədlərindən uzaqlaşdırmaq istəyir. Bu təklif diplomatik zaman uzadılmasından başqa bir şey deyil”.

Siyasi ekspert hesab edir ki, Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımasının üzərinə gedilməlidir. Əks halda danışıqlarda hansısa maddələrin içərisindəki boşluqlardan  istifadə edərək, prosesin uzanmasına gətirib çıxarda bilərlər.

“Azərbaynın bu təkilfə gedəcəyini düşünmürəm. Azərbaycan ortaya qətiyyətli mövqe qoyur və bunu davam etdirməsi də zəruridir”.

Siyasət rubrikasından digər xəbərlər