Paytaxtda gənc qızı maşın vurdu

23:22 21.04.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Hafta.az xəbər verir ki, hadisə paytaxtın Suraxanı rayonunda qeydə alınıb.

 

Belə ki, 2001-ci il təvəllüdlü Həsənzadə Ramiyə Rəfael qızı yolu keçmək istəyərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Yaralıya kəllə-beyin travması diaqnozu qoyulub.

 

R. Həsənzadə reanimasiya şöbəsinə yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.