Pensiya yaşına az qalmış işdən çıxarılma narahatlığı - Deputatdan etiraz

14:46 14.07.2025 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Pensiya yaşına çatmağa az qalmış dövlət qulluqçusunun işdən çıxarılmasına cəhdlər olur. Vəzifəyə təzə təyin olunan məmur kreslosuna çatar-çatmaz qılıncını çəkib düşür işçilərin üstünə ki, ərizəni yaz, səninlə işləyə bilməyəcəyik. Hər məmur belə olmasa da, amma var”.

Hafta.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Razi Nurullayev deyib. Deputat qeyd edib ki, qanun pozuntusuna yol verən şəxslərin işinə xitam verilməsi başadüşüləndir.

R.Nurullayevin sözlərinə görə, narahatlıq vəzifə postlarının boşaldılmasına məcburetmə və ətraflarına dostlarının, yaxınlarının yığılmasıdır:

"Bu, qəbuledilməzdir və belə hallara birdəfəlik son qoyulmalıdır. Bu işlərə nəzarət etmək və təkliflər hazırlamaq üçün Parlament Komissiyasının yaradılması imkanlarının nəzərdən keçirilməsini xahiş edirəm”.