Pensiyaçılar kinoteatrlarda bileti 30 faiz endirimlə alacaqlar

11:10 12.08.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Türkiyədə təqaüdçülər ili elan edilən 2024-cü ildə pensiyaçılara daha bir endirim gəlir. Bu dəfə endirim mədəniyyət və incəsənət sahəsində olacaq.

Hafta.az-ın yazdığına görə, təqaüdçülər kinoteatrlarda filmlərə 30 faiz endirimlə baxa biləcəklər. Bu barədə Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib. Bəs onlar endirimdən necə yararlanacaq, endirim nə vaxt başlayacaq?

Güzəşt müqaviləsi Mədəniyyət və Turizm Nazirliyi ilə Kino Zalı İnvestorları Dərnəyi (SİSAY) arasında imzalanıb. Təqaüdçülər pensiya vəsiqəsini göstərərək endirimdən yararlana biləcəklər. Endirimin nə vaxt başlayacağı ilə bağlı hələlik heç bir tarix paylaşılmayıb.

Mədəniyyət və Turizm Nazirliyinin sosial media hesabında paylaşdığı açıqlamada deyilir: “Təqaüdçülərimiz üçün kinoteatrlarda 30 faiz endirim! Kino Baş Müdirliyimiz və Kino Salonu İnvestorları Dərnəyi (SİSAY) arasında edilən protokolla təqaüdçülərimizə kinoteatrlarda 30 faiz endirim ediləcək. Təqaüdçü şəxsiyyət vəsiqənizi göstərərək SİSAY üzvü kinoteatrlardan endirimli biletlər əldə edə bilərsiniz. Biz təqaüdçülərimizin mədəni tədbirlərdən daha çox faydalanmalarına və ictimai həyatda fəal iştirak etmələrinə dəstək verən layihələr və əməkdaşlıqları davam etdirəcəyik”.