Yazını böyüt
Yazını kiçilt
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 7 117 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan hafta.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 627, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 525, üç və daha çox doza vaksin vurduranların sayı 5 552, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 413 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 602 359, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 335 121, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 837 020, üç və daha çox doza vaksin vurduranların sayı 3 193 254, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 236 964 təşkil edir.