Poçettino "Bavariya"nın baş məşqçisi olacaq

22:08 21.11.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Tottenhem"dən istefaya göndərilən Mourisio Poçettino karyerasını Almaniyada davam etdirə bilər.

Poçettino ilə "Bavariya" maraqlanır. "Bild" nəşrinin iddiasına görə, artıq tərəflər arasında razılıq əldə edilib.

Mourisio "Bavariya"ya gələn ilin yayından başçılıq edəcək. Onun alman dilini öyrənməyə başladığı da bildirilir. Mövsümün sonuna qədər isə "Bavariya"ya Hans-Diter Flik başçılıq edəcək.