Polşa İtaliya ilə hava əlaqəsini dayandırıb

17:55 09.03.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Polşanın əsas hava yolları şirkəti olan LOT İtaliya istiqamətinə bütün uçuşlarını dayandırıb.

Bu barədə şirkətin rəsmi açıqlamasında bildirilir.

Buna səbəb sözügedən istiqamətdə uçmaq istəyənlərin sayının kəsin azalması, habelə Polşada koronavirusun yayılmasının qarşısının alınmasıdır.

Daha əvvəl şirkət İtaliyanın şimalına, yəni Milan və Venesiyaya uçuşlarını ləğv etmişdi.