Polşanın Ali Məhkəməsi sosial şəbəkələrdə prezident Anjey Dudanı “axmaq” adlandıran şəxsin cəzalandırılmaması barədə qərar qəbul edib.
Hafta.az-ın “Onet”ə istinadən yazdığına görə, yerli məhkəmənin əvvəlki bəraət hökmünü qüvvədə saxlayan Ali Məhkəmə ittiham tərəfinin qərara etirazını “tamamilə əsassız” adlandırıb.
Varşavanın rayon məhkəməsi daha əvvəl qərar vermişdi ki, prezidenti təhqir etmək cinayəti ictimai müzakirələr zamanı çox sərt də olsa, tənqid etmək hüququnu pozmamalıdır.
Məhkəmənin qərarında sosial şəbəkədə paylaşım edən Jakub Zulczikin cinayət törətmədiyi və işlətdiyi söz alçaldıcı olsa da vurduğu zərərin cüzi olduğu bildirilib.
Məhkəmənin qərarı ilə rahatladığını ifadə edən Zulczik, "Bütün bunların sonuna gəldiyimiz üçün çox xoşbəxtəm" deyib.
Polşanın və ya başqa ölkənin prezidentini təhqir etmək ölkədə mövcud qanunlara görə, üç ilə qədər həbslə cəzalandırılır.
2020-ci ilin noyabrında ABŞ-da keçirilən prezident seçkilərindən sonra Facebook hesabında yazı paylaşan Zulçik prezident Dudanın seçilmiş prezident Co Baydeni qeyd etmə tərzini pisləyib. Belə ki, digər dünya liderləri Baydeni təbrik edərkən, Duda onu seçki şurası tərəfindən namizədliyini irəli sürəcəyini gözlədiyini söyləyib. Bundan sonar Zulczik "Co Bayden artıq ABŞ-ın 46-cı prezidentidir. Andrzej Duda axmaqdır" sözlərini paylaşıb.