Çinin cənub-qərbində istehsal olunan polyester çiplərlə yüklənmiş yük qatarı dünən səhər Özbəkistana yola düşərək Çonqinqdən Mərkəzi Asiya ölkələrinə yeni müntəzəm yük qatarı marşrutunun açılışını qeyd edib.
Hafta.az-ın yazdığına görə, qatarın təxminən 12 gün ərzində 4700 kilometr yol qət edərək Özbəkistanın paytaxtına çatması gözlənilir. O, Sincandakı Horqos limanı vasitəsilə Çin ərazisindən çıxaraq Qazaxıstana, oradan da Özbəkistana keçəcək.
China Railway Chengdu Group Co., Ltd.-nin məlumatına görə, hər ay iki qatar Çonqinqdən Mərkəzi Asiyaya yola düşəcək.
China Railway Chengdu Group Co., Ltd.-nin mühəndisi Su Meyqionq “Xinhua”ya bildirib ki, bu cür müntəzəm xidmətlər sürətli gömrük rəsmiləşdirilməsini, vaxtında daşınmanı və daha keyfiyyətli transsərhəd daşımaları təmin etmək üçün xərclərin azaldılmasını təmin edə bilər.

Hesab olunur ki, müntəzəm qatar marşrutu Çonqqinqlə Mərkəzi Asiya arasında daşıma müddətini 30 faiz azalda bilər.
Qatardakı yüklər Chongqing Wankai New Materials Technology Co., Ltd şirkətinin istehsalıdır. Şirkətin logistika üzrə meneceri Lin Zhenq qeyd edib ki, yeni marşrutun işə salınması onların Mərkəzi Asiyada bazarlarını genişləndirmək üçün yaxşı fürsətdir.
Son illər Çonqinq, Çin-Avropa yük qatarlarının və şəhərdən yola düşən Mərkəzi Asiya ölkələrinə gedən qatarların sayı, yüklərin həcmi ilə birlikdə artaraq, özünü hərtərəfli daxili mərkəzə yüksəltməyə çalışır.
Fevral ayına olan məlumata görə, Çonqinqi Avropa və Mərkəzi Asiya ölkələri ilə birləşdirən 50-dən çox müntəzəm marşrut üzrə 18 mindən çox qatar yola salınıb. Onlar Asiya və Avropanın 100-dən çox şəhərinə yük daşıyıb.