Populyar festivalın səhnəsi KÜLƏ DÖNDÜ

09:36 17.07.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Belçikada yanğın "Tomorrowland" festivalının əsas səhnəsini tamamilə məhv edib.

Hafta.az bu barədə "De Telegraaf" nəşrinə istinadla xəbər verir. Musiqi festivalı iyulun 18-də Bom şəhərində keçirilməli idi. İndi onun təşkil edilməsi təhlükə altındadır.

Hadisə zamanı orada tamaşaçı olmayıb. Bununla belə, festival sahəsində minə yaxın əməkdaşın olduğu bildirilir.

Yanğın nəticəsində xəsarət alanlar barədə məlumat daxil olmayıb.

Qeyd edək ki, 20 ildir keçirilən "Tomorrowland" festivalında hər il minlərlə musiqi həvəskarı elektron musiqi dinləyir.