Prezident: Ermənilər xalqımıza qarşı mədəni soyqırımı törədib

14:26 15.05.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

30 illik işğal dövründə ermənilər xalqımıza qarşı mədəni soyqırımı törədib.

Hafta.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 15-də Ərəb Parlamentinin prezidenti Adel bin Əbdulrəhman əl-Asumini qəbul edərkən bildirib. Azərbaycan Prezidenti həmin ərazilərdə ermənilərin İslam maddi-mədəniyyət irsini məhv etdiklərini, 67 məsciddən 65-ni dağıtdıqlarını diqqətə çatdırıb.

Dövlət başçısı Azərbaycanın işğaldan azad olunmuş ərazilərində aparılan bərpa-quruculuq işləri haqqında məlumat verib.

Siyasət rubrikasından digər xəbərlər