Prezident: Qarabağ və Şərqi Zəngəzuru tam bərpa etmək üçün daha böyük işlər görüləcək

18:29 20.10.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün genişmiqyaslı bərpa və quruculuq işləri aparılır.

Bunu bu gün Cəbrayılda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla keçirilən təkbətək görüşdən sonra Azərbaycan Prezidenti İlham Əliyev mətbuata bəyanatında bildirib.

Dövlət başçısı deyib ki, bu gün Türkiyə Prezidenti ilə bərabər dəmir yolunun inşası ilə tanış olublar.

“Zəngilanda “Dost Aqropark”ın açılışını birlikdə qeyd etdik. Bu da bu bölgəyə birinci özəl sərmayədir, özəl yatırımdır. Bu aqroparkın adı da - “Dost Aqropark” özlüyündə hər şeyi deyir. İnşaat işlərində, yol çəkilişi işində Türkiyə şirkətləri bizimlə bərabər çalışır və Türkiyə şirkətlərinə biz minnətdarıq ki, qısa müddət ərzində böyük işlər görür. Yolların bir hissəsi artıq hazır vəziyyətdədir. Dəmir yolları, eyni zamanda, 33 tunelin inşası nəzərdə tutulmuşdur, onların bir neçəsində fəal iş gedir. Tunellərin ümumi uzunluğu 50 km-dən çoxdur. 84 körpü inşa ediləcək, onların bir qismi inşa edilmişdir. Körpülərin uzunluğu 12 km-dir. Bu, ancaq birinci mərhələdə görüləcək və görülən işlərdir. Qarabağı və Şərqi Zəngəzuru tam bərpa etmək üçün daha böyük işlər görüləcək və biz bunu edəcəyik”, - dövlət başçısı bəyan edib.