Prezident İlham Əliyev Qırğızıstana dövlət səfərinə gedib -FOTO

13:49 11.10.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 11-də Qırğız Respublikasına dövlət səfərinə gəlib.

Hafta.az-ın məlumatına görə, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Bişkek şəhərinin “Manas” Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Hava limanında dövlətimizin başçısını Qırğızıstan Prezidenti Sadır Japarov qarşıladı.

Siyasət rubrikasından digər xəbərlər