Prezident Ermənistana xəbərdarlıq edib: Biz səbir nümayiş etdiririk, lakin bunun da bir həddi var

15:20 14.10.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ermənistan Azərbaycan ərazisində erməni silahlı qüvvələrini indiyədək çıxarmayıb.

Hafta.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında çıxışında deyib.

“Biz hələ ki, səbir nümayiş etdiririk, lakin bunun da bir həddi var. 2020-ci ilin noyabr Bəyanatının bu iki vacib bəndi icra edilməsə, bizim adekvat tədbir görməkdən başqa seçimimiz qalmayacaq”, - dövlət başçısı qeyd edib.

Siyasət rubrikasından digər xəbərlər