PSJ baş məşqçini dəyişir

15:00 21.02.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

PSJ yayda baş məşqçini dəyişdirməyi düşünür.

Hafta.az matc.az-a istinadən xəbər verir ki, bu barədə Fransa mətbuatı məlumat yayıb.

Bildirilir ki, Paris təmsilçisinin  idman direktoru Leonardo Tomas Tuxelin işindən o qədər də məmnun deyil. Həm də vaxtaşırı aralarında münaqişə olur.

Bununla yanaşı, klub rəhbərliyində komandanın Çempionlar Liqasındakı çıxışı narzalıq yaradıb. Onlar Tuxelin PSJ-ni hədəflərinə çatdıra bilməyəcəyini düşünür.

 
Qeyd edək ki, artıq Fransa mətbuatında almaniyalı mütəxəssisin yerinə namizədlər var. Massimiliano Allegri və ya Maursio Sarrinin Tuxeli əvəz edəcəyi yazılır.