Sosial şəbəkə istifadəçiləri Astanada keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısının plenar iclası zamanı dövlət başçılarına qablaşdırılmış suyun paylanmasına diqqət çəkib.
Hafta.az xəbər verir ki, bu barədə Qazaxıstanın “KazTAG” agentliyi məlumat yayıb.
Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin mətbuat xidmətinin dərc etdiyi foto-şəkillərə əsasən, prezidentlərə qablaşdırılmış "Turan" suyu paylanıb. Agentliyin müxbiri qeyd edib ki, Rusiya prezidenti Vladimir Putin və Qırğızıstan rəhbəri Sadir Japarov üçün istisna edilib.
Kadrlarda Putinin yanına bir şüşə "Evian" fransız suyu qoyulduğu görünür. Bu arada Japarov Qırğızıstanda istehsal olunan “Tyan-Şan Legenq” markalı suyu seçib.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da digərləri kimi "Turan" suyunu qəbul etsə də, ayrıca etiketsiz su qabından istifadə edib.