Putin özünə iki yeni köməkçi təyin etdi

10:50 24.01.2020 Müəllif:Cəmilə Hüseynli
Yazını böyüt
Yazını kiçilt

Rusiya Prezidenti Vladimir Putin özünə iki yeni köməkçi təyin edib.

Hafta.az-ın rus mətbuatına istinadən məlumatına görə, Putin bununla bağlı fərman imzalayıb. O, Vladimir Medinski və Maksim Oreşkin prezident köməkçiləri təyin edib.

Bundan əlavə, baş nazirin keçmiş müavini Dmitri Kozak Prezident Administrasiyası rəhbərinin müavini təyin edilib.

Qeyd edək ki, Vladimir Medinski bundan əvvəl Mədəniyyət naziri, Maksim Oreşkin isə İqtisadi inkişaf naziri vəzifələrində çalışıb.