Putin Patriot Parkında məscidin tikintisini dəstəkləyir

11:05 06.11.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiya prezidenti Vladimir Putin Moskva yaxınlığındakı Patriot parkında Rusiya Müdafiə Nazirliyinə və silahlı qüvvələrinə məxsus məscidin tikilməsi ideyasını dəstəklədiyini bildirib.

Hafta.az-ın yazdığına görə, Rusiya Müftilər Şurasının sədri Ravil Qaynutdin parkda məscidin tikintisi layihəsinin təsdiqləndiyini bildirdikdən sonra Putin hərbi əməliyyatda çiyin-çiyinə döyüşən müxtəlif rütbələrdən olan əsgərlərə işarə edərək, “Yaxşı fikirdir. Uşaqlar birlikdə mübarizə aparırlar” deyib.

Qırmızı Meydanda əklilqoyma mərasimindən sonra Qaynutdin Patriot Parkında məscid tikilməsi ideyasını dəstəklədiyinə görə Putinə təşəkkür edib.

Xatırladaq ki, adıçəkilən parkda Müdafiə Nazirliyi üçün tikilmiş böyük bir kilsə də var.

Siyasət rubrikasından digər xəbərlər