Hazırda Rusiya-Azərbaycan arasında mövcud olan bəzi anlaşılmazlıqlar, Rusiya-Ermənistan arasında olan ciddi problemlər, Rusiya-Qərb arasında olan kəskin məqamlar qarşıdakı Soçi görüşündə ciddi qərarların qəbul olunacağı ehtimalını aşağı salır.
Bunu hafta.az-a Beynəlxalq münasibətlərin təhlil mərkəzinin eksperti, politoloq Mətin Məmmədli Rusiyanın Qarabağ məsələsinin sülhlə nizamlanması yönündə verdiyi son açıqlamaya münasibətində bildirib.
Mətin Məmmədli hesab edir ki, Rusiya prezidentinin məlum açıqması iki ölkə arasında sülh prosesinə töhfə vermir, əksinə bu sülh prosesinə mane olan bir açıqlamadır.
“Bu bir daha o həqiqəti ortaya qoyur ki, Rusiya iki ölkə arasında davamlı sülhün əldə olunmasında maraqlı deyil. Rusiya prezidentinin məlum açıqlaması da əslində Ermənistan daxilindəki revanşist qüvvələrə bir növ “pas” ötürmək kimi dəyərləndirilməlidir”.