Yazını böyüt
Yazını kiçilt
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Rusiya və Ukrayna prezidentləri Vladimir Putin və Vladimir Zelenskinin yaxın vaxtlarda görüşünün gözlənilmədiyini bildirib.
Eyni zamanda o, əlavə edib ki, Türkiyə “atəşkəs əldə etmək və danışıqları bərpa etmək üçün səylərini davam etdirir”, - Hafta.az xəbər verir.
Rusiya Federasiyasının Ukraynada xüsusi əməliyyatı başlayandan sonra Türkiyə dəfələrlə öz ərazisində ölkə liderləri arasında danışıqlar aparmağı təklif edib. Lakin indiyədək bu təkliflər qəbul edilməyib və aprel ayından Rusiya Federasiyası və Ukrayna nümayəndə heyətləri arasında danışıqlar dondurulub.