Dünyanın bir çox yerində gender bərabərsizliyi ciddi problem olaraq qalır.
Hafta.az-ın yeni elan olunan “Gender Statistikası”nın məlumatlarına istinadən yazdığına görə, adətən qadına qarşı şiddətin daha çox Asiyada baş verdiyini eşitsək də, hesabat fərqli nüansları üzə çıxarıb. Məlum olub ki, sən demə qadınlara qarşı şiddət dünyanın ən çox inkişaf etmiş, mütəmadi olaraq Asiya və Afrika ölkələrinə gender bərabərliyindən dərs deyən Amerika və Avropa ölkələrində də var.
İndi isə qadınlara qarşı zorakılıq hallarının ən çox qeydə alındığı ölkələrin siyahısına nəzər salaq:
1. Banqladeşdə 50 faiz, 2. Əfqanıstanda 46 faiz, Kanadada 44,1 faiz, 5. Səudiyyə Ərəbistanında 43 faiz, 6. Hindistanda 35 faiz, 7. Türkiyədə 32 faiz, 8. Misirdə 30 faiz, 9. Kolumbiyada 30 faiz, 10. Pakistanda 29 faiz, 11. Moldovada 27 faiz, 12. Argentinada 27 faiz, 13. ABŞ-da 26 faiz, 14. Latviyada 25 faiz…