Yazını böyüt
Yazını kiçilt
Mingəçevir su anbarında və Kür çayında qanunsuz balıq ovlayan şəxslər saxlanılıb.
Bu barədə hafta.az-a Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat verilib.
Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı balıq ovlayan şəxslərin Mingəçevir şəhər sakinləri Elşən Mustafayev, Alim Vəliyev, Səxavət Süleymanov və Neftçala rayon sakini Rüfət Səfərov olduğu müəyyən edilib, onlardan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb.
“Eyni zamanda, keçirilən nəzarət tədbirləri zamanı Mingəçevir su anbarından və Kür çayından 870 metr uzunluğunda 10 ədəd sintetik tor yığışdırılıb”, - məlumatda deyilir.