Yazını böyüt
Yazını kiçilt
Beyləqanda polis tərəfindən keçirilmiş tədbirlər nəticəsində qanunsuz olaraq odlu silah və qumbara saxlamaqda şübhəli bilinən şəxs müəyyən edilib. Bu barədə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.
Qeyd olunub ki, Beyləqan RPŞ-nin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə qanunsuz olaraq odlu silah və qumbara əldə etməkdə şübhəli bilinən rayon sakini Araz Əliyev saxlanılıb.
Onun rayon ərazisindəki kirayə yaşadığı ünvana baxış keçirilən zaman bir ədəd atəşə yararlı tüfəng və bir ədəd alışdırıcısı ilə birgə “F-1” markalı əl qumbarası aşkar edilib.
Faktla bağlı Beyləqan RPŞ-də cinayət işi başlanılıb və A.Əliyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.