Qarabağ bölgəsi dünyanın ən baxımlı yerlərindən biri olacaq - Politoloq

18:26 06.10.2022 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Dünən Ağdamda keçirdilən Ağdam Milli Şəhərsalma Forumu olduqca vacib bir Forum idi. Bu Forumda ölkə başçısı olduqca vacim məsələlərə toxunmaqla müəyyən mesajlar verdi”.

Bu barədə hafta.az-a Bəynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti, politoloq Mətin Məmmədli Ağdam Milli Şəhərsalma Forumu ilə bağlı açıqlamasında bildirib.

M.Məmmədli cənab Prezidentin dünənki çıxışında diqqət çəkən bir məqama toxunub.

“Cənab Prezident çıxışı zamanı  qeyd etdi ki, işğal dövründə xalqımızın milli ideyası torpaqlarımızı işğaldan azad etmək idisə, indi milli ideya işğaldan azad olunmuş torpaqlarımız tam bərpa olunmasıdır. Hesab edirəm ki, işğala son qoymuş dövlət və xalq olaraq biz bu milli ideyanı da uğurla həyata keçirə biləcəyik.  Və vaxtilə Ermənistanın vandallıqla, vəhşiliklə dağıtdığı bölgə, region tam bərpa olunacaq”.

M.Məmmədli bildirib ki, buna illərlə vaxt lazım olsa da, əsas məsələ qarşıya qoyulan məqsəd və bu məqsədin həyata keçrilməsi üçün tələb olunan iradədir.

“Həm məqsəd, həm iradə dövlətimizdə var və düşünürəm ki, yaxın illərdə bu məqsədə doğru irəliləyəcəyik. Qarabağ bölgəsi və ətrafı yenidən ölkəmizin, dünyanın ən baxımlı, cənnət-məkan yerlərindən biri olacaq”.