Yazını böyüt
Yazını kiçilt
Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin sədri Andrey Kartapolov deyib ki, Qarabağdakı Rusiya sülhməramlılarının özlərinə təhlükə olmadığı müddətcə silahdan istifadə etmək hüququ yoxdur.
Çərşənbə axşamı Kartapolov Qarabağdakı Rusiya sülhməramlı qüvvələrinin hərbi əməliyyatlarda iştirak etmək mandatının olub-olmaması ilə bağlı İnterfaks-ın sualını cavablandırarkən deyib: “Nə qədər ki, sülhməramlıların özləri təhlükə altında deyillər, onların silahdan istifadə etmək hüququ yoxdur”.