Qaradağ rayonunda qanvermə aksiyası keçirilib

10:32 17.05.2020 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsünə qoşularaq mayın 15-də Qaradağ rayon ictimaiyyəti, idarə və müəssisə əməkdaşlarının iştirakı ilə qanvermə aksiyası keçirilib.

Hafta.az xatırlatma verərək yazır ki, 2005-ci ildə Mehriban Əliyevanın təşəbbüsü və qayğısı ilə “Talassemiyasız həyat naminə” proqramına start verilib və bununla da bütün ictimaiyyət talassemiyalı uşaqlara yardım etməyə çağırılıb. 

Qeyd edək ki, Azərbaycanda iki mindən artıq talassemiya və digər irsi qan xəstəsi mövcuddur və bu xəstələrin həyatı kütləvi surətdə keçirilən qanvermə aksiyalarından asılıdır. Ölkəmizdə yayılmış hemofiliya və talassemiya xəstələrinin müalicəsində qan komponentlərinin və preparatlarının istənilən vaxtda əlçatan olması çox vacibdir və donor qanına tələbatı artırır.

Milli Hemotologiya və Transfiziologiya Mərkəzinin Qan Bankı tərəfindən ezam olunmuş xüsusi tibbi briqadanın həkim-hemotoloqları tərəfindən hər bir donorun sağlamlığı öncədən müəyyən olunub. Onlardan qan analizi götürülərək sağlam olub-olmamaları müəyyənləşdirilib, yalnız tibbi problemi olmayan donorlardan qan götürülüb.

Lökbatan qəsəbəsində yerləşən 19 saylı Birləşmiş Şəhər Xəstəxanasının poliklinika şöbəsində keçirilən qanvermə aksiyasında 80 nəfərə yaxın rayon sakini təmənnasız olaraq qan verib. Qanvermə zamanı donorların və tibb işçilərinin təhlükəsizliyini təmin etmək üçün bütün əksepidemik tədbirlər görülüb.