“Qarşımıza qoyulan tələblər hər zaman yerinə yetirilib"

16:37 27.04.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Milli Məclisdə haqqımızda deyilən xoş sözlər də sədr seçilməyimdə xüsusi rol oynayır”. 

Hafta.az xəbər verir ki, bu sözləri Mərkəzi Seçki Komissiyasının sədri seçilən Məzahir Pənahov MSK-nın yeni tərkiblə ilk iclası zamanı deyib. 

Məzahir Pənahov etimad üçün hər kəsə təşəkkür edib:

“Qarşımıza qoyulan tələblər hər zaman yerinə yetirilib. Bundan sonra məsuliyyətimiz daha da artacaq”. 

Qeyd edək ki, seçkilər zamanı Məzahir Pənahov yekdilliklə yeni sədr seçildi. O daha 5 il MSK-nın sədri vəzifəsini icra edəcək.