Qaxda 20 sürücü cərimələndi

16:14 21.04.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qax Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən yollarda hərəkətin təhlükəsizliyinin təmin olunması məqsədilə şəhər ərazisində növbəti reyd təşkil olunub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan hafta.az-a verilən məlumata görə, keçirilən reyd zamanı təhlükəsizlik kəmərindən, avtomobilin işıq cihazlarından, yəni dönmə siqnallarından düzgün istifadə etməyən sürücülər aşkarlanaraq onlarla profilaktik söhbətlər aparılıb. Ümumilikdə qaydaları pozan 20 nəqliyyat vasitəsinin sürücüsü barəsində inzibati protokol tərtib olunub.