Dünən senator Favzia Ərşadın dəvəti ilə Qazaxıstanın Pakistandakı səfiri Erjan Kistafin məktəbə gedə bilməyən uşaqlara dəstək məqsədilə keçirilən xeyriyyə tədbirində iştirak edib.

Hafta.az-ın yazdığına görə, tədbir Pakistan Müəllimlər Forumu və Hashif Faoundation Xeyriyyə Fondu ilə birgə təşkil olunub. Məqsəd isə 5-16 yaşlı 22,8 milyon pakistanlı uşağın yoxsulluq və daimi yaşayış yerinin olmaması da daxil olmaqla, müxtəlif səbəblərdən məktəbdən kənar qalmalarını diqqətdə saxlamaq, onlara dəstək verməkdir. Tədbir iştirakçıları bu problemə xüsusi diqqət yetirilməsinin, uşaqların təhsil almasına lazımi şəraitin yaradılmasının vacibliyini vurğulayıblar.

Tədbir zamanı Qazaxıstan səfirliyinin bu məsələnin təbliğinə öz təvazökar töhfəsini verdiyi vəsait təqdim olunub.

Senator Favzia Ərşad çıxışında səfirlərə, o cümlədən də Qazaxıstan səfirinə iştiraklarına görə təşəkkür edərək ölkələr arasında təhsil sahəsində əməkdaşlığın inkişaf etdirilməsinin, təcrübə mübadiləsinin və uşaqların inkişafı üçün zəruri şəraitin yaradılmasının vacibliyini vurğulayıb.