Qazaxıstan və Rusiya sərhədində zəlzələ baş verib

18:13 10.02.2023 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Qazaxıstan və Rusiya Federasiyası sərhədində 4,4 bal gücündə zəlzələ baş verib. Bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin seysmoloji eksperimental metodoloji ekspedisiyası məlumat yayıb.

"Zəlzələnin episentri Almatıdan 928 km şimal-şərqdə, Qazaxıstan və Rusiya sərhəddində yerləşib", - məlumatda deyilir.

Qeyd olunur ki, zəlzələ 2023-cü il fevralın 10-da yerli vaxtla saat 18:35-də qeydə alınıb.