Qəbul imtahanları üçün DİM-ə 8 milyon ayrılıb

11:48 16.05.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Büdcədən ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarının, dövlət ümumtəhsil müəssisələrinin buraxılış və monitorinq imtahanlarının təşkili və keçirilməsi üçün ayrılan vəsaitin həcmi açıqlanıb.

Hafta.az-ın xəbərinə görə, bu barədə Azərbaycan Respublikasının 2019-cu ilin büdcəsinin icrası ilə bağlı hesabatda yazılıb.

Bildirilib ki, həmin imtahanların keçirilməsi üçün Dövlət İmtahan Mərkəzinə 8 milyon manat vəsait ayrılıb. Bu isə 2018-ci ilə nisbətən 3 milyon manat çoxdur.