Qəzzada acından ölənlərin sayı artmaqda davam edir

22:12 22.08.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İsrailin hücumları və blokadaları nəticəsində acından əziyyət çəkən Qəzza zolağında son 24 saat ərzində daha iki fələstinli qadının acından öldüyü və ölənlərin sayının 273-ə çatdığı bildirilir.

Hafta.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Qəzza idarəsinin rəhbəri deyib.

Onun sözlərinə görə, Qəzzada 7 oktyabr 2023-cü ildən bəri acından ölənlərin sayı 273-ə çatıb və onlardan 112-si uşaqlardır.