Qırmızı dənizdə gəmiyə hücumun görüntüləri YAYILDI

08:10 09.07.2025
Yazını böyüt
Yazını kiçilt

Yəmən husiləri Qırmızı dənizdə "Magic Seas" gəmisinə hücumun videosunu yayımlayıblar.

Hafta.az xəbər verir ki, iyulun 6-da quru yük daşıyan gəmi pilotsuz katerlər, raketlər və dronlarla hücuma məruz qalıb.

Nəticədə o, Qırmızı dənizdə batıb. Ekipaj xilas edilib. Hücuma görə məsuliyyəti Yəmənin "Ənsar Allah" hərəkatından olan husilər üzərlərinə götürüblər. /ASTRA "Telegram"/