Qızlar canlı yayımda"zəlzələ olsun" deyə dua etdilər - HƏBS OLUNDULAR - FOTO

20:51 08.02.2023 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Türkiyə Kahramanmaraşda bir-birinin ardınca baş verən dağıdıcı zəlzələlərlə sarsıldı. Türkiyəni boğan fəlakətdən sonra Ankarada sosial mediada canlı yayım edərək 'zəlzələ olsun' duasını oxuyan iki şübhəli polis qrupları tərəfindən saxlanılıb.

Kahramanmaraşda baş verən dağıdıcı 7,7 və 7,6 bal gücündə zəlzələlərə görə yataqxanada matəm elan edilərkən, C.G. (17) və D.T.'nin (21) "Allahım, bu ölkəyə bir də zəlzələ nəsib et. İnşallah yenidən zəlzələ olar və bura yerlə-yeksan olar" ifadələrini işlədiblər.

Sosial mediada yayılan reaksiyalardan sonra araşdırma başladılıb.

İki şübhəli Ankara Təhlükəsizlik Müdirliyi Təhlükəsizlik Şöbə Müdirliyi qrupları tərəfindən nəzarətə alınıb.

Oxunma sayı 9938