Radarlardan itən helikopter və heyəti tapıldı - Həlak olublar

11:24 16.07.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Rusiyada iyulun 14-də radarlardan itən "Mi-8" helikopteri Xabarovsk diyarının Oxotsk rayonu ərazisində aşkar edilib.

Hafta.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin Nəqliyyat üzrə Şərq Regionlararası İdarəsi məlumat yayıb. Məlumatda qeyd olunub ki, helikopter Oxotsk qəsəbəsindən 130 kilometr şimal-şərqdə, dağın yamacında yanmış vəziyyətdə aşkar edilib. "Mi-8"in göyərtəsində olan beş nəfər həlak olub.