Ramazanın 19-cu günü: dua, imsak və iftar vaxtı

09:38 20.04.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün Ramazan ayının 19-cu günüdür.

Hafta.az-ın məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, Bakıda imsak saat 04:24-də, iftar isə saat 19:39-dadır.

Ramazan ayının 19-cu gününün duası:

"Allahummə vəffir fihi həzzi min bərəkatih. Və səhhil səbili ila xeyratih. Və la təhrimni qəbulə həsənatih. Ya hadiyən iləl-həqqil-mubin".

Tərcüməsi:

"İlahi, bu günün bərəkəti ilə məni bəhrələndir! Xeyirliklərə doğru yolumu hamarla! Bu günün ehsanını qəbul etməkdən məni məhrum etmə! Ey aşkar haqq yolunun hidayətçisi".

Allah orucunuzu qəbul etsin!