“Real Madrid” Zinəddin Zidan ilə müqaviləyə xitam verib

20:36 27.05.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Real Madrid” futbol klubunun rəhbərliyi baş məşqçi Zinəddin Zidan ilə müqaviləyə xitam verib.

Bu, fransalı mütəxəssisin istəyi ilə baş verib.

Xatırladaq ki, “Real Madrid” klubu 2015-2016-cı, 2016-2017-ci və 2017-2018-ci il mövsümlərində Zinəddin Zidanın rəhbərliyi ilə üç dəfə UEFA Çempionlar Liqasının, iki dəfə İspaniya çempionatının, bir dəfə ölkə, iki dəfə UEFA Superkubokunun və iki dəfə klublararası dünya kubokunun sahibi olub.

2018-ci ilin mayında “Real Madrid” ilə yollarını ayıran Zinəddin Zidan 2019-cu ilin martında yenidən komandaya qayıtdıqdan sonra klub ölkə çempionu adını qazanıb.