Rıza Çalımbay koronavirusdan sağaldı

16:34 17.12.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Sivasspor"un baş məşqçisi Rıza Çalımbay koronavirusdan sağalıb.

Bu barədə türk mütəxəssis özünün "Tvitter" hesabında yazıb.

Qeyd edək ki, Rıza Çalımbay Türkiyə Superliqasında "Trabzonspor", Avropa Liqasında "Vilyarreal" və "Makkabi" (Təl-Əviv) ilə görüşlərdə komandanın başında yer almamışdı. O, Türkiyə kubokunda "Giresunspor"lə matçda texniki zonada olacaq.

Xatırladaq ki, "Sivasspor" Avroliqanın qrup mərhələsində bu mövsüm "Qarabağ"ın rəqiblərindən olub.