Ronaldo və Mbappe forma dəyişdirdilər

12:13 24.06.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo və Fransa millisinin üzvü Kilian Mbappe forma dəyişdiriblər.

Qol.az xəbər verir ki, bu, Avro-2020-nin qrup mərhələsinin üçüncü turunda Portuqaliya – Fransa görüşündən sonra olub. Oyunçular matçın ardından formalarını dəyişdiriblər. Yarışın sosial media hesablarında isə həmin anın fotosu paylaşılıb. Şəkildə Ronaldo və Mbappenin yüksək əhval-ruhiyyədə olduğu görünür.

Qeyd edək ki, sözügedən qarşılaşma 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.