Ronaldonun qol vurduğu 120-ci klub

21:36 12.12.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Mançester Yunayted"in futbolçusu Kriştiano Ronaldo üçün İngiltərə Premyer Liqasının 16-cı turunda "Norviç"lə matç (1:0) əlamətdar olub.

Hafta.az xarici mətbuata istinadən xəbər verir ki, sözügedən görüşdə penaltidən fərqlənən portuqaliyalı hücumçu klub karyerasında qol vurduğu komandaların sayını 120-yə yüksəldib.

Qeyd edək ki, Ronaldo ümumilikdə 160 kluba qarşı oynayıb.