Rusiyada aparılan son araşdırmalar göstərir ki, bayram seçimlərində maraqlı tendensiya yaranıb. “Superjob”un apardığı sorğunun nəticələrinə əsasən, işləyən rusların 6 faizi tətil tarixlərinin həyat yoldaşınınki ilə üst-üstə düşməməsinə xüsusi üstünlük verirlər.
Hafta.az-ın yazdığına görə, RBC qəzeti bu şəxslərin maddi səbəblər və maddi təminat kimi səbəblərə görə tətillərini ayrı keçirməyi planlaşdırdıqlarını yazıb.
Bir çox cütlük "ikimiz də eyni vaxtda çıxmamaq üçün" tətillərini fərqli vaxtlarda keçirməyə üstünlük verdiklərini bildiriblər.
Sorğuda iştirak edən 1600 nəfərin əksəriyyəti, yəni 54 faizi hələ də həyat yoldaşları ilə birlikdə istirahət etməyi planlaşdırdıqlarını bildirib.
Birgə tətilə meyillilik 34 yaşa qədər (60 faiz) gənclər arasında daha çox olduğu halda, 45 yaşdan yuxarı şəxslərdə bu nisbət 53 faizə enir. Tətillərini birlikdə planlaşdıran evli cütlüklərin nisbəti 56 faizi olduğu halda, rəsmi nikahı olmayan cütlüklərdə bu nisbət 43 faizdir.
Digər tərəfdən, Rusiyada işçilərin 44 faizi son üç ildə ən azı bir dəfə bayram günləri işləməli olduqlarını bildiriblər.
İşçilərin bəziləri tətildə bir dəfədən çox işləməli olduqlarını bildirsələr də, 10 faizi son üç ildə dörd və ya daha çox dəfə iş proseslərində iştirak etməli olduqlarını deyiblər.