Rus sualtı qayıqları Britaniyada xaos yarada bilər

10:50 23.05.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

"Rusiyanın Böyük Britaniyanın elektrik və internet kabellərini hədəfə alması, onları qlobal şəbəkədən kəsməsi və Böyük Britaniyada həyatı təhlükə altına ala biləcəyi ilə bağlı artan qorxular var".

Hafta.az-ın yazdığına görə, bu haqda "Daily Mail" məlumat yayıb. Bildirilib ki, Rusiyanın bu kabellərə hücumunun ağır nəticələrə səbəb ola, səhiyyə, iqtisadiyyat, mobil rabitə və internet xidmətləri risk altında qala bilər. Bu isə öz növbəsində iğtişaşları və mütəmadi vətəndaş itaətsizliyini ortaya çıxması təhlükəsini vəd edir. 

Məlumata görə, Böyük Britaniyanın müdafiə naziri Ben Uolles Rusiyanın “sualtı enerji və kommunikasiya xətlərinə hücumları proqnozlaşdıran” dəniz proqramı barədə xəbərdarlıq edib. Uolles bildirib ki, təxribat dalğıclar və uzaqdan idarə olunan kiçik sualtı qayıqlar tərəfindən həyata keçirilə bilər.

Siyasət rubrikasından digər xəbərlər