Rusiya ordusunun canlı itkiləri 5 min nəfəri ötdü - RƏSMİ

11:52 28.02.2022 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Fevralın 24-də düşmənin canlı itkiləri 5,3 minə yaxın əsgər olub.

Hafta.az “UNİAN” nəşrinə istinadla   xəbər verir ki, bu barədə Ukrayna müdafiə nazirinin müavini Anna Malyar “Facebook” səhifəsində yazıb.

Onun sözlərinə görə, fevralın 24-dən fevralın 28-i yerli vaxtla saat 6:00-dək(Bakı-08:00) düşmənin təxmini ümumi itkiləri bunlardır: təyyarə - 29, helikopter - 29, tank - 191, zirehli döyüş maşını - 816, toplar - 74,  "BUK" hava hücumundan müdafiə sistemləri - 1, "Qrad" - 21, avtomobil texnikası - 291,  sisternlər - 60, "OTR" PUA-ları - 3, gəmilər/qayıqlar - 2, hava hücumundan müdafiə sistemləri - 5.

Şəxsi heyət arasında itkilər - təxminən 5300.

"Məlumat təxminidir və dəqiqləşdirilə bilər, çünki döyüşdən sonra rəqəmləri əldə etmək olduqca çətindir. Çünki komandirlər ilk növbədə döyüşün aparılmasına diqqət yetirirlər", - deyə Malyar bildirib.